...

Azərbaycan bankı 2009 - cu il büdcəsinin təsdiq edilməsi üçün səhmdarların toplantısını çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir N.İsmayılova/ "Rabitabank" ASC dekabrın 4 - də bank səhmdarlarının toplantısının keçiriləcəyini bəyan edib.

Toplantıda Auditor Komitəsinin yeni heyəti müzakirə olunacaq və bankın 2009 - cu il üçün büdcəsi təsdiq ediləcək.

Toplantı 2008 - ci il dekabrın 4-də saat 17.00-da bankın Ü.Hacıbəyov küçəsi, 33/35 ünvanında yerləşən baş ofisində keçiriləcək. Əlaqə telefonu : 598-44-88.

"Rabitabank" Azərbaycanın bank sektorunda məcmu kapitalının həcminə görə, 29-cu yeri tutur. Bankın 2008 - ci il iyulun 1-nə olan məcmu kapitalı 11,84 mln. manat təşkil edib. Bu dövr ərzində aktivlərinin həcminə görə, "Rabitabank" 18 - ci yerdə qərarlaşıb. Onun aktivləri 98,65 mln. manat təşkil edib. Həmin dövrdə bankın mənfəəti 504 min manat olub ki, bu da onu həmin göstərici üzrə 27-ci yerə çıxarıb.

Oktyabrın 30 - na olan rəsmi məzənnə 0,8087 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti