Özbəkistan, Daşkənt 9 noyabr / Trend müxbir T.Jukov/ Nestle şirkətinin Özbəkistandakı filialının direktoru Müzəffər Akilov müəssisənin istehsal etdiyi "Nestle Sutim" məhsulunda melominin olması barədə ehtimalı inkar edib.
Akilovun sözlərinə görə, alimlər Çin ərazisində satılan Nestle məhsullarının içində melomin tapmayıblar.
Məmurun sözlərinə əsasən, Nestle Sutim südünün istehsalı bütün beynəlxalq standartlara cavab verir. Belə ki, xüsüsi mərkəzlərdə yığılan süd sonra yoxlanılır ki, emal zamanı o xarab olmasın. Yalnız belə yoxlamadan sonra süd istehsal prosesinə buraxılır.
Nestlenin Özbəkistandakı filialı 1990-cı ildə yaradılıb. Müəssisənin nizamnamə fond 7 milyon dollardı, bundan 80 faizi İsveç şirkətinə 20 faizi isə Özbəkistan tərəfinə məxsusdu. Layihənin ümuni dəyəri 31 milyon dollardır.
Özbəkistan MDB məkanında Rusiyadan sonra ikinci dövlətdir ki, Nestle burada öz nümayəndəliyini açıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]