...

Aİ ölkələri qaza tələbatı 40 faizdən çox artıracaqlar – "Avroqaz"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2008 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxibir A.Bədəlova/ "Avroqaz" təşkilatı 2030-cu ildə Avropa İttifaqı ölkələrinin qaza olan tələbatının 43 faiz - 2005 - ci ildəki 438 mln. ton neft ekvivalentindən 625 mln. ton neft ekvivalentinədək artacağını proqnozlaşdırır.

Təşkilatın "2030-cu il üzrə qaza tələbat və tədarükün uzunmüddətli perspektivləri" məruzəsində bildirilir ki, 2030-cu ildə Avropanın ilkin enerjiyə ümumi tələbatında təbii qazın payı 2005-ci ildəki 24 faizdən 30 faizədək artacaq.

"Avroqaz" 2030-cu ilədək kommunal və kommersiya sektorlarında qazın satışının cəmi 0,4 faiz - 194 mln. ton neft ekvivalentinədək artacağını gözləyir. "Avroqaz"ın gözləmələrinə əsasən, sənaye sektorunda qazın satışı 2030-cu ilə bir faiz - 156 mln. ton neft ekvivalentinədək artacaq.

Qaza tələbatın ən böyük artımı elektrik enerjisi istehsalı hesabına müşahidə ediləcək. 2030 - cu ildə bu sektorda qaza tələbat 2005-ci ildəki 123 mln. ton neft ekvivalentindən 239 mln. ton neft ekvivalentinədək artacaq. Bu dövr ərzində sektorda illik artım 2,7 faiz təşkil edəcək ki, bu da elektrik enerjisinin öz payını 2005-ci ildəki 25 faizdən 2030-cu ildə 38 faizədək artırması deməkdir.

2030 - cu ilə Avropanın qaza tələbatı 43 faiz artan vaxtda, daxili istehsal azalacaq. Bu gün Köhnə Dünyada  (Norveç də daxil olmaqla) qaz istehsalı Aİ bazarlarına tədarüklərin 59 faizini təşkil edir. "Avroqaz"ın gözləmələrinə əsasən, 2020 - ci ilə "mavi yanacağın" istehsalı üçdə bir dəfə, 2030 - cu ilə dörddə bir dəfə azalacaq.

"Avroqaz"ın gözləmələrinə əsasən, uzunmüddətli perspektivdə mayeləşdirilmiş təbii qaz (MTQ) Aİ - yə ümumi qaz tədarüklərinin 25 faizini təşkil edə bilər. Göstərilmiş dövr ərzində kəşfiyyat və işlənilmə, ötürmə sistemi, MTQ infrastrukturu və saxlama obyektləri də daxil olmaqla, Avropanın qaz sektoruna 221 mlrd. avro sərmayə tələb olunacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti