...

Gürcüstan şərabçıları Rusiyanın Sanitar Xidməti ilə danışıqlara başlamağa hazırdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2008 20:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 dekabr/ Trend müxbir N.Kirtsxaliya/ Gürcüstanın şərabçıları Rusiyanın Sanitar Xidməti ilə gürcü məhsullarının RF bazarına buraxılması məsələsi üzrə danışıqlara başlamağa hazırdırlar. Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi Üzümçülər və Şərab Departamenti Rusiya Sanitar Xidmətinin rəhbəri Gennadi Onişenkonun adına rəsmi məktub, həmçinin dequstasiya üçün qırmızı və ağ şərab göndərib.

Departament rəhbərinin sözlərinə görə, Rusiya bazarında Gürcüstan şərabına tələbat kifayət qədər yüksəkdir. "Gürcüstan şərabına süni şəkildə maneələr törədili",  - o qeyd edib.

"Onişenkonun bəyanatının nə dərəcədə real olduğunu bilmirəm, lakin o kifayət qədər vacibdir", - "Poqreb Kindzmarauli" şirkətinin direktoru Dmitri Lebanidze qeyd edib.

Bir müddət əvvəl Onişenko bəyan edib ki, müvafiq müraciət olarsa, Gürcüstan şərabını Rusiya bazarına buraxacaq.

Hazırda Gürcüstan şərabı 42 ölkəyə ixrac olunur.

Xəbər lenti

Xəbər lenti