...

Azərbaycanın bölgəsində uçmuş körpü bərpa edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2008 14:09 (UTC +04:00)

Azərbaycan, Şəki, 26 dekabr/ Trend , müxbir X.Əliyeva/ İsmayıllı - Qaraməryəm magistral yolunun 107 km - də, Oğuz rayonunun Kərimli kəndi ərazisində Saxulçay çayı üzərində  körpü cümə günü istifadəyə verilib.

1963 - cü ildə inşa edilmiş körpünün bir hissəsi noyabrın 13 - də, axşam saatlarında iki yüksəktonnajlı maşının eyni vaxtda onun üzərindən keçməsi nəticəsində uçmuşdu.

Oguzun 61 saylı Yol İstismar İdarəsinin rəisi Firudin Baxışovun sözlərinə görə, qəzadan iki gün sonra "Azəravtoyolservis" ASC-nin sifarişi ilə başlanmış bərpa işlərini "Azərkörpü" MMC dünən başa çatdırıb və bu gün körpü istifadəyə verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti