...

Azərbaycanda geniş ipoteka modeli hazırlanır – Milli Bankın rəhbəri (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2009 13:19 (UTC +04:00)
Azərbaycanda geniş ipoteka modeli hazırlanır – Milli Bankın rəhbəri (video)

Azərbaycan, Bakı, 20 yanvar/ Trend , müxbir N.İsmayılova/

Azərbaycan Milli Bankı (AMB) hökumətlə birlikdə sosial və kommersiya ipotekasını nəzərdə tutan daha geniş ipoteka kreditləşdirməsi modelini hazırlayır, - AMB İdarə Heyətinin sədri Elman Rüstəmov çərşənbə axşamı bildirib.

"Bu gün ipoteka aləti ölkədə işgüzar fəallığın saxlanılması və məşğulluğun təmin edilməsi üçün çox vacibdir", - Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda yeni ipoteka kreditləşdirməsi modeli hazırlanır və bu istiqamətdə hökumətlə məsləhətləşmələr aparılır.

"Bu gün həm böyük həcmdə təklif, həm də əhalinin mənzil almağa böyük tələbatı var. Lakin əsas problem pul vəsaitlərinin yoxluğundadır", - AMB-nin rəhbəri bildirib.

Yeni modelə əsasən, vəsaitlər uzunmüddətli əsasda təqdim olunacaq və kommersiya şərtləri o qədər də sərt olmayacaq. Bununla yanaşı, Rüstəmov şərtlərin sərtləşdirilməsi ehtimalını istisna etməyib.

"İpotekanın mərhələli, müvafiq kredit şərtləri ilə, yəni normal faiz dərəcələri ilə aparılması bazarda artıq təklifin ləğv olunmasına, eləcə də yaşayış evlərinin tikintisinin başa çatmasına yardım edəcək. Bu, tikinti bazarı və onunla bağlı sektorların canlanmasına da təsir göstərəcək", - Rüstəmov deyib.

Onun rəyinə görə, dövlət başçısının tapşırığına əsasən, bu proses yaxın vaxtlarda başlayacaq.

Azərbaycanın İpoteka Fondu (AİF) bu gün səlahiyyətli bankların verdikləri 63,3 mln. manatlıq ipoteka kreditlərini təkrar maliyyələşdirib ki, bu da ümumi ipoteka portfelinin 93 faizini təşkil edir.  AİF- in mənzilin alınması üzrə fəal əməliyyatlar apardığı 2006-cı ilin martından 2007-ci ilin iyununadək olan dövrdə, banklar 67,9 mln. manat məbləğində ipoteka kreditləri veriblər.

2005 - 2008 - ci illər ərzində Azərbaycanın  dövlət büdcəsindən AİF vasitəsilə iptoteka maliyyələşdirilməsi üçün 80 mln. manat nəzərdə tutulub ki, bu vəsaitdən artıq 68 mln. manat ayrılıb. 

2009 - cu ildə sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsində 14,5 mln. manat nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti