...

Türkmənistan parlamenti analara yardımın artırılmasını təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2009 18:34 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 02 mart / Trend , müxbir E. Həsənov / Türkmənistan parlamenti sosial təminat, xüsusilə də analara yardımların artırılması məqsədilə qanunlar kodeksinə dəyişikliklər etməyi təklif edib, - rəsmi türkmən mənbəsindən xəbər verilir.

Bu barədə sonuncu hökumət iclasında ailə institunun statusunun gücləndirilməsi və dövlət yardımı məsələrinə toxunan parlament spikeri Akica Nurberdiyeva bildirib.

"Anaların və uşaqların mühafizəsi, maddi cəhətdən ailənin rifahı həmişə dövlət siyasətinin prioritet istiqaməti olub və bundan sonra da olacaq", - deyə Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov bildirib. 

Parlamentin sonuncu təşəbbüsləri ilin əvvəlində dövlət başçısının qaldırdığı məsələlərə reaksiya vermək olub. Berdimuhəmmədov ana və uşaqların müdafiəsi, "qadınların üç, dörd, beş və daha çox uşaq dünyaya gətirməsinə həvəsləndirmək" məqsədilə imtiyaz sisteminin təchiz edilməsinin vacib olduğunu qeyd edib. 

Onun sözlərinə görə, dövlət, on beş yaşına kimi bütün uşaqların tibbi xidmət xərclərini, o cümlədən üç yaşına kimi uşaq tərbiyələndirən anaların işə çıxana qədər maddi qayğılarını öz üzərinə götürməlidir.

Yerli idarələrə və əmək birjalarına anaların işlə təmin edilməsi və ailədə uşaqların sayının artması ilə əlaqədar ev və mənzillərin alınması üçün əlavə imtiyaz kompleksini nəzərdə tutan təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.

Məqalə müəllifi ilə əaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti