Azərbaycan, Bakı, 03 mart / Trend / "Azersun Holding" şirkətlər qrupu öz əməkdaşları üçün yeni idman kompleksini istifadəyə verib. Şirkətin məlumatında deyildiyi kimi, yeni kompleksə mini-futbol və voleybol üçün meydança, paltardəyişmə otaqları və duş kabinaları daxildir.
Kompleksin istifadəyə verilməsi mərasimində Azersun Holding-in başçısı Abdulbari Gözəl iştirak edib.
1992-ci ildə yaradılmış Azersun Holding-in işçilərinin sayı bu gün üç min nəfəri ötür. Holdinqin fəaliyyət sahələri çay, bitki yağının emalı və bükülməsi, ticarət və distribütorluq, tikinti, bank işi, sığorta, karton-kağız məmulatlarının, ət və tərəvəz konservlərinin istehsalı, yüklərin daşınması, saxlanılması və b.-dır.