...

Azərbaycanda tikinti işlərinin həcmi əhəmiyyətli dərəcədə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir S.Babayeva /

Yanvar-fevral ayları ərzində Azərbaycanda 400,6 milyon manat dəyərində tikiti işləri aparılıb, bu göstərici 2008-ci ilin analoji dövr göstəricisindən 12.2 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Tikinti işlərinin ümumi həcminin 128,5 milyon manatı dövlət müəssələrinin, 272,1 milyon manatı özəl müəssisələrin payına düşür.

Tikinti işlərinin ümumi həcminin 266, 2 milyon manatı (66,5 faiz) yeni, bərpa edilmiş və genişləndirilmiş tikintilərin; 81,2 milyon manatı (20,2 faiz) kapital təmir: 24,8 milyon manat (6,2 faiz) cari təmir; 28.4 (7,1 faiz) milyon manat digər tikinti işlərinin payına düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti