...

Azərbaycanda yanvar-fevralda 130 min kvadrat metrdən çox daşınmaz əmlak istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir Ü.İsmayılova /

Yanvar-fevralda Azərbaycanda 130,1 min kvadtar metr daşınmaz əmlak istismara verilib ki, bu da 2008-ci ilin analoji dövr göstəricisindən 77,9 faiz çoxdur. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvarda tikinti-montaj işlərinin aparılmasına 828,8 mln. manat vəsait yatırılıb, il ərzində artım 183,1 faiz təşkil edib.

Bu dövr ərzində istehsal obyektlərinin tikintisinə bir mlrd. manat sərmayə yatırılıb, il ərzində artım 132,4 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti