Türkmənistan, Aşqabad, 23 mart / Trend , müxbir H.Həsənov /
"Turkmendenizdəryaelları" (Türkmən dəniz qapıları) Dövlət İdarəsi Türmənbaşıdakı beynəlxalq dəniz limanı ərazisində gəmi təmiri bazasının yaradılması üzrə beynəlxalq tender elan edib.
Layihə çərçivəsində 5000 ton yükgötürmə qabiliyyətinə malik "Slip" və "Dok" tipli yük qaldıran qurğuların tikintisi, gəmi təmiri bazası sexlərinin tikintisi, dəzgah və avadanlıqlarla təchizi, heyətə təlim keçilməsi planlaşdırılır.
Maraqlanan şəxslər ərizələri tender elan olunduğu gündən 15 gün ərzində təqdim edə bilərlər.
Məqlaə müəllifi ilə əlaqə ünvanı: [email protected]