...

Bank Respublika yeni regional filial açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2009 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 aprel / Trend /

Müştərilərə xidmət şəbəkəsinin genişləndirilməsi strategiyasına əsasən, Bank Respublika-nın Cəlilabad şəhərində yeni regional filialı fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında bildirilir.

Bank Respublika-nın yeni filialı Cəlilabad şəhəri, H.Əliyev pr. 161B ünvanında fəaliyyət göstərir.

Yeni filial fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir: hesablaşma-kassa, kreditlər, depozitlər, plastik kartlar, müxtəlif sistemlər üzrə təcili pul köçürmələri, qızıl külçələrin satışı, mobil rabitə ödənişi və digər xidmətlər.

Yeni filialın açılışı Cəlilabad rayonunda əhaliyə, sahibkarlara və şirkətlərə göstərilən bank xidməti səviyyəsini yüksəldərək, rayonun sosial-iqtisadi inkişafına da müsbət təsir edəcək.

Bank Respublika, ölkənin aparıcı banklarından olaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən xidmət ofislərinin sayına və coğrafi əhatəsinə görə ölkənin əsas banklarındandır. Hazırda Bank Respublika-nın 32 filial və şöbəsi fəaliyyət göstərir.

Müştərilərə xidmət şəbəkəsinin genişləndirilməsi Bank Respublika üçün prioritet məsələlərdən biridir. Ölkənin müxtəlif regionlarında bank xidmətlərinə artan tələbatı nəzərə alaraq Bank Respublika regional xidmət şəbəkəsinin genişləndirilməsinə xüsusi ilə önəm verir. Bu məqsədlə Bank Respublika yaxın gələcəkdə Zaqatala, Sabirabad, İmişli, Dəvəçi və digər şəhərlərdə yeni filiallar açmağı planlaşdırır.

Bank Respublika-nın filial və şöbələri müştərilərə nahar fasiləsi olmadan həftənin 6 günü xidmət göstərir. Bakıda həmçinin müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən Ofis24 fəaliyyətdədir.

Xəbər lenti

Xəbər lenti