...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2009 16:24 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir İ.Xəlilova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə olan rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80284 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 1-2-də 1 ABŞ dolları üçün 0,8029 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi  

16 mart

0,8045

30 mart

0,8028

17 mart

0,8040

31 mart

0,8028

18 mart

0,8040

1 aprel

0,8029

19 mart

0,8026

2 aprel

0,8029

20 mart                                                       

0,8026 

3 aprel                                                        

0,8028 

Həftə ərzində orta

0,80354

Həftə ərzində

orta

0,80284

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,80284 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 30-da 0,8028 AZN/USD məzənnəsi ilə $52,21 mln., martın 31-də 0,8028 AZN/USD məzənnəsi ilə $33,51 mln., aprelin 1-də 0,8029 AZN/USD məzənnəsi ilə $38,59 mln., aprelin 2-də 0,8029 AZN/USD məzənnəsi ilə $17,06 mln. və aprelin 3-də  0,8028 AZN/USD məzənnəsi ilə $17,27 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

16 mart

0,8045

30 mart

0,8028

17 mart

0,8040

31 mart

0,8028

18 mart

0,8040

1 aprel

0,8029

19 mart

0,8026

2 aprel

0,8029

20 mart                                                   

0,8026

3 aprel                                                        

0,8028

Həftə ərzində orta

0,8037

Həftə ərzində orta

0,80284

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti yenidən 20 faiz düşüb və 12-13 manat təşkil edir.

Fevralda qiymətlərin kəskin şəkildə qalxmasından sonra (67 faiz) vauçerlərin qiyməti 15-16 manatadək enib.

Özəlləşdirmə çeklərinin alışı 14 manata, satışı isə 15 manata həyata keçirilib.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti