...

Azercell Telekom-un "SMS ŞANS" kampaniyası başa çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2009 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend /

"Azercell Telekom" MMC-nin martın 1-dən start verdiyi "SMS ŞANS" lotereya kampaniyası sona çatıb. Şirkətin məlumatına görə, mayın 20-də kampaniyanın sonuncu tirajı keçirilib. Onuncu tiraj nəticəsində 50 "Azercell" abonenti mayın 21-də Heydər Əliyev adına Respublika Sarayında keçirilən türk müğənnisi Fərhad Köçərin konsertinə 100 bilet qazanıb.

"Azercell"-in "SMS ŞANS" kampaniyasının iştirakçısı olmaq üçün sadəcə dost-tanışlarınıza mesaj göndərməyiniz kifayət idi. Həftə boyunca göndərilən istənilən mesaj abonentlərə müvafiq olaraq  30 AZN, 300 AZN və nəhayət 3000 AZN qazandırdı.

Ümümillikdə kampaniya  boyunca keçirilən 8 tirajda 8 abonent 3.000 (üç min) manata, 240 abonent 300 (üç yüz) manata, 2400 abonent  isə 30 (otuz) manata sahib oldu. Bundan əlavə, kampaniya çərçivəsində keçirilən 5 tirajda uduşun qalibləri məşhur türk müğənniləri Sibel Can, Sərdar Ortac, Fərhad Köçər və digər məhşurların konsertinə 2 bilet əldə etmiş oldular.

"Azercell Telekom" MMC Azərbaycanın ən böyük GSM operatorudur. Onun 3,5 milyondan çox abunəçisi var.

Xəbər lenti

Xəbər lenti