Azərbaycan, Bakı, 02 iyul / Trend /
"2009-cu ilin iyun ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) BFB-nin analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "UniCapital" başçılıq edir; şirkət 2 müştəriyə ümumi dəyəri 38.714.935,42 AZN olan broker xidmətləri göstərib", - BFB-nin cümə axşamı yaydığı məlumatda deyilir.
İkinci yeri isə 2 müştəriyə ümumi həcmi 16.737.031,26 AZN olan broker xidmətləri göstərmiş "Brokdil-Az" tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 21.977.904,16 AZN azdır.
Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 10.476.713,72 AZN-lə "BoB-Broker" qərarlaşıb. Qeyd edək ki, iyun ayında brokerlərin renkinqində (sıralanmasında) birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə artıb. Belə ki, may ayında göstərilmiş broker xidmətlərin öndə qedən məbləği 36.196.400,02 təşkil edib.
2009-cu il iyun ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi
Xidmətlərin həcminə görə əvvəlki yeri |
Brokerlər |
Əqdlərin sayı |
Müştərilərin sayı |
Əməliyyatların həcmi (AZN) |
|
1 (-) |
1 |
"Unicapital" ASC |
17 |
2 |
38.714.935,42 |
2 (▲) |
3 |
"Brokdil-Az" MMC |
13 |
2 |
16.737.031,26 |
3 (▼) |
2 |
"BoB Broker" MMC |
6 |
1 |
10.476.713,72 |
4 (▲) |
5 |
"Texnika Kapital Menecment" MMC |
11 |
2 |
7.082.493,60 |
5 (▼) |
4 |
"Çelsi Kapital" MMC |
8 |
2 |
4.755.689,34 |
6 (▲) |
8 |
"Respublika İnvest" MMC |
4 |
1 |
3.812.893,66 |
İyulun 2-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.