...

Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib - İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2009 17:41 (UTC +04:00)
Azərbaycanda son illərdə keçirilən tədbirlər və islahatlar nəticəsində qlobal iqtisadi maliyyə böhranının ölkə iqtisadiyyatına təsiri minimuma endirilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, onun sədrliyi ilə keçirilən ilin birinci yarısımda ölkədəki sosial-iqtisadi inkişafın yekunları üzrə hökumət iclasında bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib - İlham Əliyev

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda son illərdə keçirilən tədbirlər və islahatlar nəticəsində qlobal iqtisadi maliyyə böhranının ölkə iqtisadiyyatına təsiri minimuma endirilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, onun sədrliyi ilə keçirilən ilin birinci yarısımda ölkədəki sosial-iqtisadi inkişafın yekunları üzrə hökumət iclasında bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycanda ilin birinci yarısında ÜDM səviyyəsi 3,6 faiz artıb, qeyri-neft sektorunun artımı 4,1 faiz təşkil edib ki, bu da ölkənin gələcəkdə neftdən az asıllığından xəbər verir", - deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, birinci yarımildə sosial məsələlərin uğurlu həlli və hazırkı proqramların həyata keçirilməsi davam edib.

"Azərbaycanda inflyasiyanın həcmi son altı ay ərzində azalaraq 3,7 faiz təşkil edib, əhalinin gəlirləri 19 faiz, orta aylıq əmək haqqı isə 15 faiz artıb", - Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı iclas çərçivəsində həmçinin qeyd edib ki, Azərbaycanda ilin birinci yarısında 35 min yeni iş yeri açılıb ki, bunun da 25 mini daimi iş yerləridir.

"Bu dövr ərzində ölkədə "Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb. Dövlət tərəfindən sahibkarlar üçün ayrılmış kredilərin həcmi artırılıb", -İlham Əliyev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti