...

Hindistan və Türkmənistan sənaye ticarət palatalarının əməkdaşlığı haqqında müqavilə imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 13:57 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 23 iyul / Trend , müxbir H.Həsənov /

Aşqabadda Türkmənistan və Hindistanın (MDB sektoru) sənaye ticarət palataları arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb, bu barədə bu gün Türkmənistan KİV-i xəbər verir. 

Hindistan tərəfindən sənədi Hindistan-MDB STP-nin baş katibi Anil Matxur imzalayıb.  

"Bir çox sahələrdə, xüsusilə enerji, kimya və əczaçılıq sənayesində, təhsil və turizm sahələrində, həmçinin Hindistanın böyük uğurlar qazandığı yüksək texnologiyalar sahəsində böyük əməkdaşlıq imkanları mövcuddur", - deyə Matxur Türkmənistanın dövlət xəbərləri xidmətinə bildirib.

Tərəflər müəssisələr, idarələr və mülkiyyətin bütün formaları üzrə təşkilatlar, xüsusilə kiçik və orta müəssisələr arasında sənaye ticarət əlaqələrinin qurulması və inkişafına yardım edilməsi üzrə razılaşıblar.

Sənəd birgə forumların - seminar, simpozium, konfrans, sərgi, yarmarkaların, həmçinin müntəzəm konsultasiyaların keçirilməsini nəzərdə tutur.

Hindistan tərəfi türkmən istehsalçılarını Nyu-Delidə cari ilin noyabr ayında baş tutacaq beynəlxalq sərgidə iştirak etməyə dəvət edib. 2010-cu ilin birinci yarımilində Aşqabadda Hindistanın milli sərgisinin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti