...

Azərbaycanda ilk dəfə olaraq uşaqların tibbi sığortası tətbiq edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 15:09 (UTC +04:00)
“Qarant Sığorta” şirkəti, 18 yaşadək uşaqların tibbi sığortası üzrə unikal proqrama start verir, bu barədə şirkətin bazar ertəsi yayılmış məlumatında deyilir.
Azərbaycanda ilk dəfə olaraq uşaqların tibbi sığortası tətbiq edilir

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Qarant Sığorta" şirkəti, 18 yaşadək uşaqların tibbi sığortası üzrə unikal proqrama start verir, bu barədə şirkətin bazar ertəsi yayılmış məlumatında deyilir.

Proqram iki: 1 aylıqdan 6 yaşadək olan uşaqlar üçün nəzərdə tutulan "Qarant Uşaq"" və 6-dan 18 yaşadək olan uşaqlar üçün nəzərdə tutulan "Qarant Şagird" yarımnövlərindən təşkil olunub. Valideynlər uşağı təklif olunan üç variantdan, yəni "Pediatrik I", "Pediatrik II", "Pediatrik Plus" variantlarından birinə əsasən 1 il müddətinə sığortalaya bilərlər. Sığorta polisinin qiyməti ödəmə məbləğindən asılı olaraq dəyişir. 

Proqramın unikallığı ondan ibarətdir ki, uşaqların fərdi tibbi sığortası Azərbaycanda ilk dəfə tətbiq olunur və bu imkanı məhz "Qarant Sığorta" şirkəti təqdim edir. Sığorta polisinin rəsmiləşdirilməsi əməliyyatının sadəliyi və operativliyi mütləq tibbi müayinənin aparılmasını tələb etmir. Valideynlərə maraq göstərərək uşağın sağlam gələcəyi naminə seçim etmək kifayətdir, deyə məlumatda deyilir.

Tibbi xərclərin, o cümlədən stomatologiya, vaksinasiya, vitaminizasiya, ambulator və stasionar müalicə, profilaktik tədbirlər və s. xərclərin tamamilə ödənməsi imkanı verilir.

"Qarant Sığorta" şirkəti 27 noyabr 2007-ci il tarixində qeydiyyatdan keçib, faktiki fəaliyyətə isə 2008-ci ilin əvvəlindən başlayıb. Şirkətin nizamnamə kapitalı 4 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti