...

Avropa Komissiyası Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığın genişləndirilməsinin mümkün olduğunu hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust / Trend , müxbir N. İsmayılova/

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Avropa Komissiyasının Azərbaycandakı xüsusi diplomatik nümayəndəsi Allan Vaddams əməkdaşlığın genişləndirilməsi məqsədilə tədbirlərin perspektivlərini və istiqamətlərini müzakirə ediblər, Gömrük Komitəsinin məlumatında deyilib.

Əliyevin sözlərinə görə, Avropa İttifaqı və BMT-nin inkişaf proqramının dəstəyi ilə Azərbaycanda gömrük xidmətlərinin təkmilləşdirilməsi layihəsi çərçivəsində Gömrük Məcəlləsinin yeni layihəsi artıq hazırlanıb və hökumətə təqdim olunub. O, potensialın gücləndirilməsi üzrə Dünya Gömrük Təşkilatının Avropada yeganə regional ofisinin Bakıda yaradılması barədə iyunda qərar qəbul edildiyini də deyib.

Əliyev Azərbaycanla Aİ arasında qarşılıqlı əlaqənin dərinləşdirilməsi üzrə tədbirlərin davam etdiriləcəyinə əminliyini bildirib.

Avropa Komissiyasının elçisi Azərbaycanda diplomatik fəaliyyətinin başa çatmasından danışarkən buradakı işindən, Aİ ilə gömrük xidməti əməkdaşlığından tam məmnunluğunu ifadə edib. O, bildirib ki, əlaqələrin daha da möhkəmləndirilməsi üçün potensial imkanlardan yararlanmağın vacib olduğunu hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünavnı: [email protected]

Xəbər lenti

Xəbər lenti