Bank Respublika-nın aktivləri 1 avqust 2009-cu il tarixinə 349,5 mln. manata çatıb. Hesabat dövrünə Bankın kredit portfeli üzrə qalıq 231,3 mln. manat təşkil edib.
İlin əvvəlindən Bank Respublika-nın müştəri hesablarında olan vəsaitlər 8,7% artaraq 147,6 mln. manatı keçib. 2009-cu ilin yanvar-iyul ayları ərzində Bank Respublika-da yerləşdirilən fiziki şəxslərin əmanətləri 23,9% artaraq 98,4 mln. manata çatıb. Beləliklə, hesabat dövrü üçün əhalinin əmanətləri 2009-cu ilin 1 yanvar tarixinə olan 64,1 mln. manatla müqayisədə 28,4% artaraq 82,4 mln. manat təşkil edib.
2009-cu ilin yanvar-iyul ayları ərzində Bank Respublika-nın gəlirləri 34,72 mln. manat, xərcləri isə 27,55 mln. manat təşkil edib. Hesabat dövrünə Bankın balans mənfəəti 7,17 mln. manat təşkil edir.
Bank Respublika fəaliyyətə 1992-ci ildən başlayıb. Bankın səhmdarları sırasında, səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur. 1 avqust 2009-cu il tarixinə Bank Respublika-nın məcmu kapitalı 55,83 mln. manat, nizamnamə kapitalı isə 22,6 mln. manatdır. Hazırda Bakı və regionlarda Bank Respublika-nın 33 filial və şöbəsi fəaliyyət göstərir.