Türkmənistan, Aşqabad, 15 avqust / Trend , müxbir H.Həsənov/
Türkmənistanda auditor, sığorta, qiymətli kağızlar bazarında peşəkar fəlaiyyətin lisenziyalaşdırılması barədə qanun təsdiq olunub.
Müvafiq qərar Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov tərəfindən imzalanıb. Sənəddə deyilir ki, Maliyyə Nazirliyi Ədliyyə Nazirliyi ilə birlikdə bir ay müddətində müvafiq əlavə və dəyişikliklərin Türkmənistan qanunvericiliyinə uyğunlaşdırılmasına dair təkliflərini işləyib hazırlamalı və Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Keçən ilin payızında Türkmənistan yenilənmiş Konstiutusiyasında iqtisadiyyatın plan modelindən bazar münasibətlərinə keçidi elan edib. Sözügedən mərhələdə normativ-hüquqi baza, formalaşdırılmış xammal, valyuta birjaları, əmək birjası, azad topdan ticarət üçün şərait yaradılır.
Ölkədə bazar infrastrukturlarının digər institutlarının, əmtəə bazarı, fond bazarı, qiymətli kağızlar bazarı, informasiya, məsləhət və audit mərkəzlərinin yaradılması məqsədi qoyulub.
İlin əvvəlindən pul islahatları aparılır (milli valyutanın denominasiyası), buna qədər valyuta kursu vahid şəklə salınıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]