Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir H.Vəliyev /
Milli standartlaşdırma və texniki tənzimləmə sahəsində fəaliyyətin əsas prioritet istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şura yaradılıb. Bu barədə komitənin cümə günü yayılmış məlumatında deyilir.
Mənbənin məlumatına əsasən, Şuranın fəaliyyətinin əsasını standartlaşdırma sahəsində dövlət siyasətinin formalaşdırılmasına və həyata keçirilməsinə dair təkliflərin hazırlanması, milli standartlaşdırma sisteminin inkişafının əsaslandırılmış məqsədlərini, vəzifələrini və istiqamətlərini əks etdirən konsepsiyanın hazırlanması təşkil edir.
Bundan başqa, yaradılan orqanda iqtisadiyyatın müvafiq sahələrində standartlaşdırmanın vəziyyətinə dair təhlillər aparılacaq, respublikada beynəlxalq və regional standartların tətbiqinə dair təklif və tövsiyələr hazırlanacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]