...

Azərbaycanın ilk sığorta agenti şirkəti nizamnamə kapitalını 50 min manata kimi artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2009 15:04 (UTC +04:00)
Qarant Sığorta şirkətinin törəmə strukturu olan "Qarant Sığorta" QSC nizamnamə kapitalını ilkin olaraq 100 manat-dan 50 min manata kimi artırıb. Bu barədə cümə axşamı Qarant Sığorta şirkətinin İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib.
Azərbaycanın ilk sığorta agenti şirkəti nizamnamə kapitalını 50 min manata kimi artırdı

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Qarant Sığorta şirkətinin törəmə strukturu olan "Qarant Sığorta" QSC nizamnamə kapitalını ilkin olaraq 100 manat-dan 50 min manata kimi artırıb. Bu barədə cümə axşamı Qarant Sığorta şirkətinin İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib.

"Şirkətin nizamnamə kapitalı səhmdarların hesabına artırılıb", - Həsənov bildirib.

Onun sözlərinə əsasən, şirkətin kapitalı avqustun 27-dən artırılıb.

Sığorta agentlərinin yeganə şirkəti "Qarant Sığorta Agenti" QSC iyul ayında Azərbaycan Vergilər Nazirliyində qeydiyyatdan keçib. Yeni şirkət əsasən fiziki şəxslərə sığorta polisləri satır. Fəaliyyətinin üç ayı ərzində şirkətin yığımlarının həcmi 10 min manata çatdırılıb.

Şirkət həmçinin digər iki yerli sığortaçı ilə onlara agent xidmətlərinin göstərilməsi üçün iki müqavilə imzalayıb.

Qarant Sığorta 2007-ci ilin noyabr ayında Azərbaycanın Maliyyə Nazirliyindən sığorta fəaliyyəti üçün lisenziya əldə edib. Qarant Sığorta ZQAN Holdings-in tərkibinə daxildir. Şirkətin nizamnamə kapitalı 4 milyon manat təşkil edir. Şirkət sığortanın 18 könüllü və dörd icbari növü üzrə xidmət göstərir. Şirkətin haqları yanvar-avqust aylarında 1,96 milyon manat, ödəmələri 0,13 milyon manat təşkil edib.

Oktyabrın 1-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti