...

Bakının mənzil bazarında sabitlik müşahidə edilir - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın daşınmaz əmlak bazarında stabillik müşahidə edilir, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov cümə axşamı deyib.

"Bakının daşınmaz əmlak bazarının aktivliyi 1,1 faiz artıb", - İbrahimov deyib.

Onun sözlərinə görə, ilkin mənzil bazarında qiymətlər oktyabrın 8-də sentyabra nisbətən 1,23 faiz azalaraq bir kvadrat metr üçün 812 dollardan 802 dollara enib.

Təkrar mənzil bazarında qiymətlər 0,4 faiz azalaraq bir kvadrat metr üçün 1,363 dollardan 1,256 dollara enib.

Torpaq bazarında qiymətlərin 0,28 faizlik azalması müşahidə edilir. Burada bir sotun qiyməti 17,86 min dollardan 17,81 dollara enib.

Mənzillərin kirayəsi üzrə bazarda mənzillərin orta qiyməti 1,9 faiz azalaraq 765 dollardan 728 dollara enib.

Qiymətlərin 0,35 faizlik cüzi artımı yalnız ticarət obyektlərində müşahidə edilib. Burada qiymətlər 3,601 dollardan 3,614 dollaradək artıb.

"Bazarın bu seqmentində qiymətlərin artımı mövsümi xarakter daşıyır", - İbrahimov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti