...

Azərbaycan Risk Peşəkarları Assosiasiyasının qəyyumluq şurası ilk iclasa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2009 14:45 (UTC +04:00)

Bakı, Azərbaycan, 15 oktyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Risk Peşəkarları Assosiasiyasının qəyyumluq şurasının ilk iclası noyabrda keçiriləcək, Assosiasiyanın təsisçisi və başçısı Rüfət Mahmud cümə axşamı deyib.

"Görüşdə Azərbaycanda menecment risklərinin inkişafı strategiyası müzakirə ediləcək", - Mahmud deyib.

Onun sözlərinə görə, hazırda Assosiasiya qəyyumları 8 nəfərdir və Assosiasiya dövlət strukturları təsisçilərinin cəlb edilməsi üzrə danışıqlar aparacaq.

Assosiasiyaya texniki dəstək Beynəlxalq Maliyyə Korporasiyası (İFC) tərəfindən göstərilir.

Assosiasiya mayın ortalarında qeydiyyatdan keçib. Assosiasiyanın yaradılması ölkənin malyyə sektorunda risklərin azalmasına təsir göstərir. Assosiasiya artıq ölkənin Mərkəzi Bankı və GARP-la əməkdaşlığa başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti