...

"Bank of Azerbaijan"-a qoyulan əmanətlərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2009 20:54 (UTC +04:00)
Cari ilin doqquz ayı ərzində "Bank of Azerbaijan" Azərbaycanın maliyyə bazarında öz vəziyyətini bir qədər də möhkəmləndirib. "Bank of Azerbaijan" yüksək maliyyə nəticələri əldə etməklə, öz müvəffəqiyyətli fəaliyyətinin gələcəkdə də davam etdirilməsi üçün geniş perspektivlərin açılmasına nail olub.
"Bank of Azerbaijan"-a qoyulan əmanətlərin sayı artıb

Azərbaycan, Bakı, 27 oktyabr / Trend /

Cari ilin doqquz ayı ərzində "Bank of Azerbaijan" Azərbaycanın maliyyə bazarında öz vəziyyətini bir qədər də möhkəmləndirib. "Bank of Azerbaijan" yüksək maliyyə nəticələri əldə etməklə, öz müvəffəqiyyətli fəaliyyətinin gələcəkdə də davam etdirilməsi üçün geniş perspektivlərin açılmasına nail olub. Bu barədə çərşənbə axşamı bankdan yayılan məlumatda deyilir.

Cari ilin oktyabr ayının 1-nə olan məlumata əsasən, Bank aktivlərinin ümumi həcmi 32,89 faiz artaraq, 144,53 milyon manat təşkil edib. Bu ilin əvvəlində həmin göstərici 108,76 milyon manat təşkil edib.

"Bank of Azerbaijan"-ın nizamnamə kapitalı 15 milyon manatadək artıb, bu isə ilin əvvəlinə nisbətən 2,49 faiz daha yüksəkdir. "Bank of Azerbaijan"-ın dinamik inkişafı və etibarlılığı maliyyə hesabatının digər göstəriciləri ilə də təsdiq olunur.

"Bank uzunmüddətli əməkdaşlıq məqsədi ilə etibarlı müştərilərin cəlb olunmasına istiqamətlənmiş kredit siyasətini reallaşdırır ki, bunun nəticəsində də bankın kredit portfeli 2009-cu ildə 24,71 faiz artıb", - bankın məlumatında deyilir.

Cari ilin doqquz ayı ərzində cəmi 113,33 milyon manat həcmində kreditlər verilib. Bu ilin yanvar ayının 1-nə olan məlumata əsasən, həmin göstərici 90,87 milyon manat təşkil edib.

2009-cu ilin doqquz ayı ərzində Bankın depozit portfeli 41,72 faiz artıb. Belə ki, 1 yanvar 2009-cu il tarixinə olan məlumata əsasən, onun həcmi 42,49 milyon manat təşkil edirdisə, cari ilin 1 oktyabr tarixinə olan məlumata əsasən isə depozit portfeli artıq 60,22 milyon manat təşkil edib.

"Bank of Azerbaijan" öz fəaliyyətində müştərilərlə aparılan işə xüsusi yer ayırır. Müştərilərə keyfiyyətli xidmətin göstərilməsi, onların problemlərinə diqqətlə yanaşma sayəsində fiziki şəxslər tərəfindən qoyulan müddətli əmanətlərin sayı 67,07 faiz artıb. 1 oktyabr 2009-cu il tarixinə müddətli əmanətlərin həcmi 50,4 milyon manat təşkil edib, həmin ilin yanvar ayında isə bu göstərici 30,17 milyon manat təşkil edirdi.

"Bank of Azerbaijan" daima öz müştərilərini unikal məhsullarla sevindirir, ölkənin biznes strukturlarına və fərdi şəxslərə böyük dəstək verir. Bu gün "Bank of Azerbaijan" ipoteka kreditini vermək hüququna malik 18 yerli bank sırasına daxildir.

Xəbər lenti

Xəbər lenti