...

Azərbaycan İpoteka Fondu 2009-cu ildə 1400 ipoteka krediti verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2009 17:23 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) kredit xətti ilə 2009-cu ilin iyun ayından ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından 2009-cu ilin noyabr ayınadək 1400 nəfərə yaxın vətəndaşa ümumi həcmi 59 milyon manat olan ipoteka krediti verilib.
Azərbaycan İpoteka Fondu 2009-cu ildə 1400 ipoteka krediti verib

Azərbaycan, Bakı, 04 noyabr / Trend /

Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) kredit xətti ilə 2009-cu ilin iyun ayından ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından 2009-cu ilin noyabr ayınadək 1400 nəfərə yaxın vətəndaşa ümumi həcmi 59 milyon manat olan ipoteka krediti verilib. Bu barədə AİF-in məlumatında deyilir.

2009-cu ilin oktyabrında 300-ə yaxın ailəyə 12 milyon manat məbləğində ipoteka krediti verilib.

Ümumilikdə, 2006-cı ilin mart ayından başlayaraq, Azərbaycan vətəndaşlarına ümumi məbləği 134 milyon manat olan 3 400-ə yaxın ipoteka kerditi verilib.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb. 2006-cı ilin mart ayından etibarən isə ipoteka kreditlərinin verilməsinə başlayıb. 2007-ci ilin iyun ayında fond maliyyə çatışmazlığı ilə əlaqədar olaraq kreditin verilməsini dayandırıb. 2009-cu il iyunun 1-dən etibarən kredit verilişi bərpa edilib.

Noyabrın 04-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti