...

Azərbaycan bankı AFB Bank nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2009 20:36 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan bankı AFB Bank-ın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasından (BFB) çərşənbə günü yayılan məlumatda deyilir.
Azərbaycan bankı AFB Bank nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 04 noyabr / Trend /

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan bankı AFB Bank-ın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasından (BFB) çərşənbə günü yayılan məlumatda deyilir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək.

Emissiyaların həcmi 15 milyon manat, hər birinin nominal dəyəri min manat olan qiymətli kağızların miqdarı isə 15 min ədəd təşkil edir. Səhmlərin yerləşdirilmə anderrayteri "BoB Broker" MMC-dir.

AFB Bank 2008-ci ilin dekabrında ölkədə bank fəaliyyətinə dair lisenziya alıb. Bank 10 milyon manatlıq nizamnamə kapitalı ilə yaradılıb.

Noyabrın 04-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti