...

"Donuz qripi"nə yoluxan şəxslərin vəziyyəti qənaətbəxşdir – Azərbaycanın Taun Əleyhinə Stansiyasının rəhbərliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2009 12:45 (UTC +04:00)
Azərbaycanda "donuz qripi"nə yoluxan və Ağciyər Xəstəlikləri İnstitutunda müalicə kursu keçən iki xəstənin vəziyyəti qənaətbəxşdir. Bu barədə şənbə günü Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib.
"Donuz qripi"nə yoluxan şəxslərin vəziyyəti qənaətbəxşdir – Azərbaycanın Taun Əleyhinə Stansiyasının rəhbərliyi

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda "donuz qripi"nə yoluxan və Ağciyər Xəstəlikləri İnstitutunda müalicə kursu keçən iki xəstənin vəziyyəti qənaətbəxşdir. Bu barədə şənbə günü Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib.

"Cümə axşamı evə buraxılan üçüncü xəstənin vəziyyəti də müsbət qiymətləndirilir", - Qurbanov deyib.

Onun sözlərinə görə, cümə günü həkimlər üçüncü xəstəni təkrar müayinə ediblər. Nəticələr müsbət olub. "Kliniki simptomların olmaması səbəbindən xəstənin vəziyyəti onun xəstəxanaya köçürülməsinə heç bir əsas vermir", - Qurbanov bildirib.

Çərşənbə günü Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabrın 26-da Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 aşkar edilmişdi. Cümə axşamı daha bir yoluxma halı xəstənin oğlunda və həmçinin noyabrın əvvəlində ölkəyə Ukraynadan gələn Azərbaycanın digər vətəndaşında aşkar edilib.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti