...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azercell-in "70 günə 70 avtomobil" lotoreyasını dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2009 15:12 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) noyabrın 6-dan "Azercell" mobil rabitə operatoru tərəfindən keçirilən "70 günə 70 avtomobil" lotereyasının tirajını dayandırıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azercell-in "70 günə 70 avtomobil" lotoreyasını dayandırıb

Azərbaycan, Bakı, 07 noyabr / Trend /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) noyabrın 6-dan "Azercell" mobil rabitə operatoru tərəfindən keçirilən "70 günə 70 avtomobil" lotereyasının tirajını dayandırıb. Bu barədə komitənin şənbə günü yayılmış məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, yoxlama zamanı lotereyanın keçirilməsinə dair icazə almaq üçün QKDK-ya təqdim olunmuş qanunda pozuntu aşkar edilib. "Bundan əlavə, aşkar edilib ki, stimullaşdırıcı kampaniya adi kütləvi lotereya xüsusiyyətinə malikdir", - məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti