...

Azərbaycanda A/H1N1 virusuna daha səkkiz yoluxma halı qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2009 13:24 (UTC +04:00)
Azərbaycanda A/H1N1/ virusuna yoluxmuş daha səkkiz nəfər aşkar olunub, bu barədə ölkənin Səhiyyə Nazirliyinin bazar ertəsi yayılan məlumatında deyilir.
Azərbaycanda A/H1N1 virusuna daha səkkiz yoluxma halı qeydə alınıb

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir N.İsmayılova /

Azərbaycanda A/H1N1/ virusuna yoluxmuş daha səkkiz nəfər aşkar olunub, bu barədə ölkənin Səhiyyə Nazirliyinin bazar ertəsi yayılan məlumatında deyilir.

"Ölkəyə Azərbaycan vətəndaşı olan üç xəstə Ukraynadan, biri Türkiyədən, bir xarici vətəndaş Böyük Britaniyadan gəlib. Üç xəstə isə əvvəlcə Ukraynadan gələn xəstə ilə ünsiyyətdə olan üç Bakı sakinidir", - nazirliyin məlumatında deyilir.

İki xəstə stasionar, qalanları isə ambulator müalicə alır. Bütün xəstələrin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Ötən çərşənbə günü Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabrın 26-da Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 virusu aşkar edilmişdi. Cümə axşamı daha bir yoluxma halı xəstənin oğlunda və həmçinin noyabrın əvvəlində ölkəyə Ukraynadan gələn digər Azərbaycan vətəndaşında aşkar edilib.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti