...

Azərbaycan Prezidenti yenidən qurulmuş Bakı-Şamaxı avtomobil yolunun açılışında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2009 17:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı yenidən qurulmuş Bakı-Şamaxı avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Prezidenti yenidən qurulmuş Bakı-Şamaxı avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan, Bakı, 26 noyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı yenidən qurulmuş Bakı-Şamaxı avtomobil yolunun açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsib.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulması layihəsi Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanan "Azərbaycan magistral avtomobil yolu-2" layihəsi üzrə sazişə uyğun həyata keçirilib. Ölkənin əsas magistrallarından biri olan yol ən müasir texnologiya əsasında qurulub. Yolun ümumi eni 15-17 metrə, bəzi yerlərdə 22 metrə çatır. Yolun hərəkət hissəsi iki, bəzi yerlərdə isə dördzolaqlıdır. Yola 314 min 952 ton iridənəli asfalt-beton örtük döşənib. Xırdadənəli asfalt-betonun həcmi 176 min 235 ton olub. Layihə üzrə 147 boru-keçidi tikilib, yol üzərindəki 7 körpüdən ikisi təmir olunub, beşi yeni inşa edilib.

Prezident İlham Əliyev inşaatçılarla söhbət edərək, onları təbrik edib.

Xəbər lenti

Xəbər lenti