...

Azərbaycanda 200 kq vaxtı ötmüş ərzaq məhslulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2009 20:04 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı ərzaq malları mağazalarında ümumi çəkisi 200 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb.
Azərbaycanda 200 kq vaxtı ötmüş ərzaq məhslulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı ərzaq malları mağazalarında ümumi çəkisi 200 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatında deyilir.

Monitorinqlər Bakının Nizami və Yasamal raonlarında, həmçinin Gəncə şəhərində keçirilib.

Mağazalardan kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Yoxlamalar zamanı Bakının Səbail rayonunda yerləşən Viktori LTD-nin ərzaq anbarında istifadə müddəti ötmüş və mənşəyi bəlli olmayan mallar aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə və etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Noyabrın 29-na olan rəsmi məzənnə 0,8024 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti