...

Azərbaycanın Sığorta şirkəti nizamnamə kapitalını iki dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2010 17:48 (UTC +04:00)
"Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «AtaSığorta» ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb", -bu barədə Bakı Fond Birjasından çərşənbə günü yayılan məlumatda deyilir.
Azərbaycanın Sığorta şirkəti nizamnamə kapitalını iki dəfə artırır

Azərbaycan, Bakı, 06 yanvar / Trend /

"Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AtaSığorta" ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb", -bu barədə Bakı Fond Birjasından çərşənbə günü yayılan məlumatda deyilir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Emissiyanın həcmi iki milyon manatı əhatə edir. Qeydə alınmış səhmlərin sayı 100 min hər birinin nominal dəyəri isə 20 manat təşkil edir.

Yerləşdirmənin anderrayteri rolunda "Brokdil-Az" MMC şirkəti iştirak edir.

"AtaSığorta" öz sığorta fəaliyyətinə 2004-cü ilin sentyabrında başlayıb. "AtatHoldinq" şirkətlər qrupuna daxil olan "AtaSığorta" şirkətinin nizamnamə kapitalı emissiyaların yerləşdirilməsi nəticəsində 2 milyon manatdan 4 milyon manatadək artırılacaq. Yanvar-noyabr aylarındakı fəaliyyət yekunu üzrə şirkət 0,6 milyon manatlıq ödəmələrlə 2,68 milyon manatlıq haqq yığıb.

yanvarın 6-na olan rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti