...

Azərbaycanda biznesin qeydiyyatında "vahid pəncərə" sisteminin tətbiq edilməsi sahibkarlara 20 milyon dollar qənaət etməyə imkan verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2010 14:21 (UTC +04:00)
Azərbaycanda biznesin qeydiyyatında "vahid pəncərə" sisteminin tətbiq edilməsi sahibkarlara 2008-ci il yanvarın birindən 2009-cu ilin iyununa kimi 19 milyon manat qənaət etməyə imkan verib. Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) biznes-mühitin təkmilləşdirilməsi (AzBEE) üzrə layihəsinin əlaqələndiricisi İlham Abdullayev BMK-nın apardığı araşdırmalara istinadən deyib.
Azərbaycanda biznesin qeydiyyatında "vahid pəncərə" sisteminin tətbiq edilməsi sahibkarlara 20 milyon dollar qənaət etməyə imkan verib

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir N.İsmayılova/

Azərbaycanda biznesin qeydiyyatında "vahid pəncərə" sisteminin tətbiq edilməsi sahibkarlara 2008-ci il yanvarın birindən 2009-cu ilin iyununa kimi 19 milyon manat qənaət etməyə imkan verib. Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) biznes-mühitin təkmilləşdirilməsi (AzBEE) üzrə layihəsinin əlaqələndiricisi İlham Abdullayev BMK-nın apardığı araşdırmalara istinadən deyib.

"Maliyyə Nazirliyinin təcrübəsi digər strukturlar üçün yaxşı nümunə ola bilər və göstərə bilər ki, islahatlar vaxta və xərclərə qənaət etmək üçün kömək edə bilər", - AzBEE layihəsinin rəhbəri Boris Divyak deyib.

BMK-nın sorğusuna əsasən, hüquqi şəxslərin 89 faizi biznesin qeydiyyatında "vahid pəncərə" sisteminin tətbiq edilməsini müsbət qiymətləndirib. Yeni sistemin tətbiqindən sonra hüquqi şəxslərin qeydiyyatdan keçməsi üçün lazım olan sənədlərin sayı 33-dən 6-ya qədər, prosedurların sayı 13-dən 6-ya qədər, günlərin sayı isə 34-dən 8 günə qədər azalıb. Biznesin qeydiyyatında hüquqi şəxslərin xərcləri 270 manatdan 113 manatadək azalıb ki, bu da 1,667 milyon manatın qənaət edilməsinə imkan verib.

Sorğu çərçivəsində fərdi sahibkarkarın 77 faizi biznesin qeydiyyatında sistemin tətbiq edilməsini müsbət qiymətləndirib. Yeni sistemin tətbiqi nəticəsində sənədlərin sayı 7-dən 3-ə, prosedurların sayı 6-dan 3-də, günlərin sayı isə 15-dən 4-ə qədər azalıb.

BMK-nın hesablamalarına görə, sahibkarların xərcləri 267 manatdan 20 manatadək azalıb ki, bu da ümumilikdə 17,364 milyon manat qənaət etməyə imkan verib.

Araşdırmalar çərçivəsində yeni sistemin effektivliyi qismində ildə 30 faiz yeni biznes qeydiyyatı aşkarlanıb.

Sorğu Bakı, Lənkəran və Gəncəni əhatə edib və bura 650 xırda və orta müəssisələr cəlb olunub.

Xəbər lenti

Xəbər lenti