...

Azərbaycan və Rumıniya turizm sahəsində təhsilin inkişafı barədə razılaşıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2010 18:48 (UTC +04:00)
Ötən həftə Braşov şəhərində (Rumıniya) Mingəçevir şəhərinin Turizm Kolleci və Rumıniyanın "Andrei Barseanu" İqtisadi Kolleci arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.
Azərbaycan və Rumıniya turizm sahəsində təhsilin inkişafı barədə razılaşıblar

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir Ü.İsmayılova/

Ötən həftə Braşov şəhərində (Rumıniya) Mingəçevir şəhərinin Turizm Kolleci və Rumıniyanın "Andrei Barseanu" İqtisadi Kolleci arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Əməkdaşlıq haqqında müqavilə Azərbaycan-Rumıniya ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının protokolu əsasında imzalanıb.

Braşov şəhəri Rumıniyanın turizm üzrə ən inkişaf etmiş Transilvaniya adlı inzibati ərazisinin mərkəzidir. "Andrei Barseanu" İqtisadi Kolleci isə Rumıniyanın ən böyük tarixə malik olan ilk peşə məktəbidir.

Əməkdaşlığa dair imzalanmış müqavilə çərçivəsində turizm ixtisası üzrə təhsil alan tələbələrin peşə bacarıqlarının (xidmət sahəsi üzrə) artırılmasına xidmət edən qısamüddətli birgə təlim kurslarının təşkil olunması da planlaşdırlır.

Xəbər lenti

Xəbər lenti