...

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu VTB BANK (FRANCE) SA-dan kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2010 18:19 (UTC +04:00)
ABB-Moskva VTB BANK (FRANCE) SA-dan altı milyon dollar həcmində banklararası kredit cəlb edib.
Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu VTB BANK (FRANCE) SA-dan kredit cəlb edib

Azərbaycan, Bakı, 04 mart / Trend /

ABB-Moskva VTB BANK (FRANCE) SA-dan altı milyon dollar həcmində banklararası kredit cəlb edib. Bu barədə bankın məlumatında deyilir.

Kredit 360 gün müddətinə illik LIBOR +5 faiz dərəcəsi ilə 2011-ci il fevralın 21-dək verilib.

2010-cu il yanvarın 1-də bankın aktivləri 15,29 milyard rubl, kapitalı 1,09 rubl, likvidlik əmsalı isə 1,97 milyard rubl təşkil edib.

Rusiya ərazisində 100 faiz Azərbaycan kapitalı ilə fəaliyyət göstərən ilk və yeganə bank olan ABB-Moskva Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsidir.

Xəbər lenti

Xəbər lenti