...

Azərbaycanda ticarət obyektləri əhəmiyyətli dərəcədə bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2010 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Ü.İsmayılova/

Fevral ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakların orta satış qiymətində 0,1%, icarə qiymətlərində isə 0,2% artım qeydə alınıb. Bu barədə cümə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bildirilib.

Bakı şəhəri üzrə 1 kvadratmetr qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) yanvarda qeydə alınan 2982 ABŞ dollarından 2985 dollara yüksəlib. Aparılan araşdırmalara əsasən, qiymət azalması ötən rüblə müqayisədə 0,4% təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qeydə alınmış nəticədən 6,3% aşağı olaraq qalır.

Qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə aydın olur ki, qiymətlərin stabilləşməsi zonalar üzrə qiymətlərə də təsir göstərib. I və II zonalarda müvafiq olaraq 0,2%, 0,1% artım, III və IV zonalarda isə 0,3% və 0,7% qiymət azalması müşahidə edilib.

Ay ərzində qeyri-yaşayış sahələri bazarında orta qiymətlərdə ən çox qiymət artımı Qaradağ rayonunda (1,0%), ən çox qiymət azalması isə Sabunçu rayonunda (-0,5%) müşahidə olunub.

Fevral ayı ərzində bazara təklif edimiş ticarət obyektlərinin həcmi 2% artıb. Bazarda qeyri-yaşayış sahələrinin 1 kvadratmetrinin orta qiymətindən (2985 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 54,7% paya malikdir.

Xəbər lenti

Xəbər lenti