...

Azərbaycan Beynəlxalq Bankı - Rusiyanın ən mənfəətli banklarının siyahısına daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2010 12:28 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı - Moskva RBK-nın "2009-cu ildə 500 ən mənfəətli bank" reytinqinə daxil olub və 283-cü yeri tutub. Bu barədə bankın məlumatında bildirilir.
Azərbaycan Beynəlxalq Bankı - Rusiyanın ən mənfəətli banklarının siyahısına daxil olub

Azərbaycan, Bakı, 29 mart / Trend /

Azərbaycan Beynəlxalq Bankı - Moskva RBK-nın "2009-cu ildə 500 ən mənfəətli bank" reytinqinə daxil olub və 283-cü yeri tutub. Bu barədə bankın məlumatında bildirilir.

2010-cu il yanvarın 1-nə olan məlumata görə, bankın mənfəəti 37,7 milyon rubl təşkil edib. Müvafiq dövrə olan məlumata görə, bankın xalis aktivləri 14937,03 milyon manat təşkil edib ki, bu da bankın 500 mövqedən 134-cü mövqeni tutmasına imkan verib.

Rusiya Mərkəzi Bankının saytında dərc olunmuş illik icmala görə, 2009-cu ildə Rusiya banklarının mənfəəti 205 milyard rubldan bir qədər çox olub. Halbuki bir il əvvəl analoji göstərici 409,2 milyard rubl səviyyəsində olub. Ötən ildə banklar mənfəətin 50 faizini itiriblər.

ABB-Moskva Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur, Rusiya ərazisində fəaliyyət göstərən ilk və yeganə yüz faiz Azərbaycan kapitallı bankdır.

Xəbər lenti

Xəbər lenti