...

Azərbaycanda sərinləşdirici içkilərin istehsalında qanun pozuntusu aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2010 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinq zamanı sərinləşdirici içkilər istehsal edən "Mahmud-Topçu K" şirkəti tərəfindən sərinləşdirici içkilərin istehsalında normativ-hüquqi tələblərin pozulması faktı aşkar edilib. Bu barədə nazirliyin məlumatında deyilir.

Məhdud məsuliyyətli istehsal kommersiya firması Bakının Xətai rayonunda yerləşir.

Yoxlamalar zamanı "Krüşon", "Şərq nağılı", "Bakı", "Mimino" limonadlarının qablaşdırılması üzərində göstərilən istehsal müddəti, normativ texniki tələblərin pozulduğu, həmçinin, gigiyena sertifikatına cavab vermədiyi, eyni zamanda, hazır məhsulların qablaşdırılmasında və limonadın istehsalında istifadə olunan materialların tələblərə cavab verməməsi aşkar edilib.

"Mahmud Topçu" istehsal şirkətinin hazır məhsulları laborator yoxlamaya göndərilib.

Bununla əlaqədar "Mahmud Topçu K" şirkətinin istehsal etdiyi məhsulların normativ-texniki tələblərə uyğun gəlmədiyi səbəbindən satışı dayandırılıb və şirkətə qanun pozuntusunu aradan qaldırmaq əmri verilib.

Xəbər lenti

Xəbər lenti