...

Azərbaycan Nəqliyyat Nazirliyi nəqliyyatın intellektual idarə edilməsi sisteminin yaradılması layihəsi çərçivəsində işləri davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2010 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan paytaxtında nəqliyyatın intellektual idarə edilməsi sisteminin yaradılması çərçivəsində proqram təminatının qurulması üzrə işlər aparılır. Bunu Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov deyib. Sistem Bakıda sərnişin nəqliyyatını nizamlamaq və idarə etmək məqsədi ilə yaradılır.

"Bakıda intllektual idarəetmə mərkəzinin binasının tikintisi üzrə işlər artıq başa çatdırılıb. Hazırda proqram təminatı və sistemin interfeysi hazırlanır", - Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, yaxın zamanlarda sistemin hazırlanması çərçivəsində yerlərdə lazımi avadanlığın quraşdırılması üzrə işlər başlayacaq.

Cənubi Koreyanın torpaq, nəqliyyat və dəniz işləri naziri Çanq Conq Hoan daha əvvəl demişdi ki, Bakıda nəqliyyatın intellektual idarə edilməsi sisteminin yaradılması prosesi 2011-ci ilin aprelində başa çatdırılacaq.

İlkin mülahizələrə görə, həmin layihənin həyata keçirilməsi üçün 64 milyon manat lazımdır.

Bakıda şəhərin intellektual sisteminin yaradılması çərçivəsində təxminən 450 yeni tipli avtobus dayanacağının quraşdırılması planlaşdırılır. Bu dayanacaqlarda elektron tablolar quraşdırılacaq və bu tablolar avtobusların hərəkət və marşrutlarını müşahidə etməyə imkan verəcək. Həmçinin, dayanacaqlarda quraşdırılacaq tablo və kameraların köməyi ilə dayanacaqların yerləşmə effektivliyinin, onun zəruriliyi və əhali tərəfindən istifadəsinin monitorinqi aparılacaq. İntellektual sistem təxminən 150 yeni elektron tipli işıqforun quraşdırılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti