...

ABŞ-ın Milken İnstitutu AİŞ ilə birgə Azərbaycan iqtisadiyyatının araşdırılmasında iştirak edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2010 16:49 (UTC +04:00)
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Milken İnstitutu arasında iqtisadiyyat və sənaye sahələrində birgə araşdırmaların aparılması ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib.
ABŞ-ın Milken İnstitutu AİŞ ilə birgə Azərbaycan iqtisadiyyatının araşdırılmasında iştirak edə bilər

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Milken İnstitutu arasında iqtisadiyyat və sənaye sahələrində birgə araşdırmaların aparılması ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib. Bu barədə çərşənbə günü İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Əməkdaşlığın perspektivləri AİŞ-nin icraçı direktoru Əfqan İsayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı çərçivəsində Milken İnstitutunun hər il keçirilən konfransının işində (Milken Institute Global Conference) müzakirə olunub. Konfrans Los Ancelesdə aprelin 25-30-da keçirilib.

"Bir sıra beynəlxalq maliyyə qurumlarının və xarici investisiya şirkətlərinin rəhbərləri ilə görüşlərdə isə Azərbaycanın qeyri-neft sektorunda layihələr və həmin qurumların bu layihələrdə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə iştirak perspektivləri istiqamətində fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.

Milken İnstitutu ABŞ-ın iqtisadi sahələr üzrə ixtisaslaşmış aparıcı analitik mərkəzlərindən biridir. İnstitutun illik konfranslarında dünyanın iri beynəlxalq maliyyə qurumlarının və investisiya şirkətlərinin nümayəndələri iştirak edir.

Azərbaycan İnvestisiya Şirkəti ölkə prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamına əsasən yaradılıb. Şirkətin yeganə təsisçisi kimi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi çıxış edir.

Xəbər lenti

Xəbər lenti