...

Azərbaycanın Nəqliyyat Nazirliyi sürüşmə nəticəsində dağılmış yolları bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2010 12:34 (UTC +04:00)
Coşub-daşan və daşqın təhlükəsi yaradan Kür çayının sahil zolağının bərkidilməsi işləri çərçivəsində 35 vaqon tikinti materialları ilə yüklənib. Daha 60 vaqon təyin olunduğu yerə göndərilməsini gözləyir. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin məlumatında deyilir. Bu işlərin yerinə yetirilməsinə nəzarəti şəxsən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov həyata keçirir.
Azərbaycanın Nəqliyyat Nazirliyi sürüşmə nəticəsində dağılmış yolları bərpa edir

Azərbaycan, Bakı, 11 may /Trend/

Coşub-daşan və daşqın təhlükəsi yaradan Kür çayının sahil zolağının bərkidilməsi işləri çərçivəsində 35 vaqon tikinti materialları ilə yüklənib. Daha 60 vaqon təyin olunduğu yerə göndərilməsini gözləyir. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin məlumatında deyilir. Bu işlərin yerinə yetirilməsinə nəzarəti şəxsən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov həyata keçirir.

Sabirabad rayonunun bir neçə kəndinin sellərdən müdafiəsi üçün Osmanlı - Azadkənd yolunun 51-52-ci kilometrliyində Bakı - Astara dəmir yolu altında suyun axıdılması üçün yol salınıb. Bunun nəticəsində Bakı - Astara marşrutu üzrə qatarın hərəkəti dayandırılıb. Şirvan - İmişli marşrutu üzrə hərəkət əvvəlki kimi davam edir.

Nazirliyin məlumatında deyildiyi kimi, "Azəryolservis" ASC (avtomobil yollarının inşası və istismarı) sel və sürüşmələrin nəticələrinin aradan qalıdırılması və qarşısının alınması üzrə işlər üçün yol istismar idarələri tərəfindən istifadə olunan materialların olduğu 300-dən artıq avtomaşın göndərib.

Salyan - Sabirabad yolu su altında qaldığı üçün, Pədər istiqamətində 18 kilometrlik alternativ yol salınıb. Eləcə də Muğanlı - İsmayıllı, Quba - Xınalıq, Ağsu aşırımı və sürüşmələrdən ziyan çəkən digər ərazilərdə yolların bərpası üçün işlər davam etdirilir.

"Avtonəqliyyatservis" (avtonəqliyyat) Departamenti əhalinin köçürülməsi zəruri olan yaşayış məntəqələrini avtobuslarla təmin edir.

Məlumatda deyildiyi kimi, Azərbaycan Nəqliyyat Nazirliyi vəziyyəti daimi nəzarətdə saxlayır, gərgin iş rejimində çalışır və dövlət başçısının tapşırıqlarını yerinə yetirmək üçün bütün qüvvələri səfərbər edib.

Xəbər lenti

Xəbər lenti