...

"Texnikabank"ın depozit portfeli, demək olar, 50% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2010 13:19 (UTC +04:00)
2010-cu il mayın 1-nə "Texnikabank"ın aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 5,9 artaraq 471, 2 milyon manat təşkil edib. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.
"Texnikabank"ın depozit portfeli, demək olar, 50% artıb

Azərbaycan, Bakı, 19 may /Trend /

2010-cu il mayın 1-nə "Texnikabank"ın aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 5,9 artaraq 471, 2 milyon manat təşkil edib. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

Bankın nizamnamə kapitalı il ərzində 99,5 faiz artaraq, 53,7 milyon manat olub.

Hesabat dövrü ərzində bankın depozit portfeli 47,94 faiz artaraq, 201,39 milyon manata, fiziki şəxslərin əmanətləri isə 114,2 milyon manata çatıb.

Martın sonunda bankın kredit portfeli 3,44 milyon manat artaraq, 347,3 milyon manat təşkil edib.

Bank tərəfindən emissiya edilmiş plastik kartların sayı mayın əvvəlində 44 847 ədəd təşkil edib. "Texnikabank"ın 57 bankomatı və 345 POS-terminalı var.

"Texnikabank" bank bazarında 1993-cü ildən fəaliyyət göstərir və 2007-ci ilədək 100 faiz Azərbaycan bankı olub.

Bu gün bankın majoritar səhmdarı səhmlərin 75 faizinə sahib olan World Wines şirkətidir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, Amerikanın "Kazimir Investment Caspian Fund" şirkəti isə 10 faizinə nəzarət edir.

Xəbər lenti

Xəbər lenti