...

AccessBank Azərbaycanın özəl bankları arasında ən yüksək kredit reytinini saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2010 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Fitch Ratings agentliyi AccessBank-ın fərdi kredit reytinqini D səviyyəsində, uzunmüddətli(BB+) və qısamüddətli(B) reytinqi emissiya defoltunda təsdiqləyib.Bu haqda bankın məlumatında deyilir.

"Bunun sayəsində AccessBank Azərbaycanın ən yüksək kredit reytinqinə malik olan özəl bir maliyyə institutu kimi qalmaqdadır", - məlumatda deyilir.

Fitch həmçinin emission defolt üzrə uzunmüddətli reytinqin perspektivini üçüncü səviyyəli dəstəkverici reytinqlə birgə tanıyıb.AccessBank-ın reytinqinin təsdiqlənməsi 2010-cu il mayın 20-də ölkənin reytinqinə yenidən baxılması və onun səviyyəsinin BB+ -dən BBB- -yə qaldırılması ilə müşayiət olunub.Yüksək reytinqin əsası bankın güclü beynəlxalq təsisçiləri tərəfindən dəstəklənir.Fitch-in reytinqinə malik olan Azərbaycan bankları arasında ən yüksək olan AccessBank-ın fərdi reytinqi risklərin idarə olunmasının yüksək keyfiyyətini, böyük gəlirlilik və möhkəm kapitallaşmanı əks etdirir

"Fitch Ratings agentliyi tərəfindən AccessBank-ın reytinqinin Azərbaycanda özəl banklar arasında ən yüksək reytinq kimi təsdiqlənməsi AccessBank stabilliyinə və gücünə dəlalət edir", - bunu AccessBank-ın baş meneceri Endryu Pospilovski reytinqin təsdiqlənməsini şərh edərkən

deyib.

Fitch Ratings dünyanın kredit bazarlarına müstəqil və perspektivli kredit razılaşmaları, tədqiqatları və məlumatları vermək üçün yaradılan ümumdünya reytinq agentliyidir.Bütün dünya üzrə 50 nümayəndəliyə malik olan Fitch Ratings-in yerli bazar təcrübəsinin mənimsənilməsinə əsaslanan qlobal praktikası 150-dən çox ölkənin kapital bazarını əhatə edir.Fitch Ratings özünün etibarlı və şəffaf fəaliyyəti sayəsində sərmayəçilər, emitentlər və bank rəhbərləri tərəfindən geniş tanınıb.

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti