...

Azərbaycanda may ayında adambaşına düşən yaşayış minimumu 122 manatı ötüb – QHT

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2010 17:57 (UTC +04:00)
Azərbaycanda may ayında adambaşına düşən yaşayış minimumu 122,01 manat təşkil edib. Bu barədə "İqtisadi Araşdırmalar Mərkəzi" qeyri-hökumət təşkilatının cümə günü yaydığı bəyanatda deyilir.
Azərbaycanda may ayında adambaşına düşən yaşayış minimumu 122 manatı ötüb – QHT

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda may ayında adambaşına düşən yaşayış minimumu 122,01 manat təşkil edib. Bu barədə "İqtisadi Araşdırmalar Mərkəzi" qeyri-hökumət təşkilatının cümə günü yaydığı bəyanatda deyilir. Göstəricilər ölkənin Nazirlər Kabinetinin normativlərinin bazası əsasında müəyyən edilib.

Hesablamalara görə, əhalinin əmək qabiliyyətli hissəsi üçün mimimal istehlak səbəti 119,65 manat, təqaüdçülər üçün 106,97 manat, 15 yaşadək olan uşaqlar üçün isə 137,96 manat təşkil edib.

Ötən ay əhalinin əmək qabiliyyətli hissəsi üçün xidmətlərin minimal dəyəri 25,3 manat, təqaüdçülər üçün 22,38 manat, 15 yaşadək olan uşaqlar üçün isə 22,46 manat təşkil edib.

Əmək qabiliyyətli əhali üçün ərzaq xərcləri 56,76 manat, təqaüdçülər üçün 53,04 manat, 15 yaşadək olan uşaqlar üçün 64,74 manat təşkil edib. Əhalinin əmək qabiliyyətli hissəsi üçün qeyri-ərzaq xərcləri 34,59 manat, təqaüdçülər üçün 31,55 manat, 15 yaşadək olan uşaqlar üçün 50,76 manat səviyyəsində olub.

"Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, 2010-cu ildə ölkədə adambaşı minimum yaşayış səviyyəsi 87 manat civarındadır. Bu, əhalinin əmək qabiliyyətli hissəsi üçün 96 manat, təqaüdçülər üçün 68 manat, uşaqlar üçün isə 72 manat təşkil edir.

İyunun 11-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti