Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.Xəlilova/
Azərbaycan Beynəlxalq Bankı (ABB) və İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası cümə axşamı Bakıda ticarət əməliyyatlarının maliyyələşdirilməsinə 30 milyon dollar kredit ayrılması barədə saziş imzalayıblar.
ABB İdarə Heyətinin sədri Cahangir Hacıyevin sözlərinə görə, kredit bir il müddətinə illik doqquz faizədək olmaqla ayrılıb. Bu kreditin cəlb edilməsi sayəsində İİB Qrupunun ABB üçün portfeli 45 milyon dollar təşkil edib.
ABB və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası iyunun 21-də illik doqquz faiz olmaqla 15 milyon dollar dəyərində kredit sazişi də imzalamışdılar. Bu vəsaitlər kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.