...

Azərbaycanın sığorta şirkəti ilin əvvəlindən bir milyon yarım manat həcmində ödəmə həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 12:19 (UTC +04:00)
Azərbaycanın MBASK sığorta şirkəti "Toyota AVALON" avtomobilini sığorta edən şəxsə 9 365 manat həcmində iri sığorta ödəməsi həyata keçirib. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanın sığorta şirkəti ilin əvvəlindən bir milyon yarım manat həcmində ödəmə həyata keçirib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın MBASK sığorta şirkəti "Toyota AVALON" avtomobilini sığorta edən şəxsə 9 365 manat həcmində iri sığorta ödəməsi həyata keçirib. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Cari ilin əvvəlindən MBASK Sığorta Şirkəti öz müştərilərinə 1 566 987 manatdan çox vəsait ödəyib ki, bunun 1 110 210 manatdan çoxu (71 faiz) avtonəqliyyat vasitələrinin sığortalanması polisi üzrə ödəmələrin payına düşüb.

Şirkət "Client Сare" xidmətlərinin göstərilməsi çərçivəsində sənədlərin toplanması şərtlərini və sığorta ödəmələrinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə sadələşdirib. MBASK şirkəti korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması xidmətləri göstərir. Şirkət öz fərdi müştərilərinə VIP-xidmətlər təklif edir.

Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərən MBASK SŞ 29 növ sığorta xidməti göstərir, onlardan 4-ü icbaridir. Şirkətin nizamnamə kapitalı 5,73 milyon manat təşkil edir. Şirkətin yanvar-may aylarında fəaliyyətinin yekunları üzrə mükafatları 2,72 milyon manat, ödəmələri 1,57 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti