...

Azərbaycanda un və çörəyin qiymətinin monitorinqi aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2010 20:44 (UTC +04:00)
Son zamanlar dünya bazarında taxılın qiymətində müşahidə edilən artımla əlaqədar olaraq İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən çörəyin və unun qiymətinin gündəlik monitorinqi aparılır. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycanda un və çörəyin qiymətinin monitorinqi aparılır

Azərbaycan, Bakı, 10 avqust/Trend, müxbir A.Axundov/

Son zamanlar dünya bazarında taxılın qiymətində müşahidə edilən artımla əlaqədar olaraq İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən çörəyin və unun qiymətinin gündəlik monitorinqi aparılır. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

"Monitorinqin keçirilməsində əsas məqsəd ölkə ərazisində taxıl məhsullarının süni qiymət artımının qarşısının alınmasından ibarətdir",- məlumatda qeyd edilib. Aparılan monitorinqlər nəticəsində çörəyin qiymətində dəyişiklik müşahidə edilməyib.

Monitorinqlər zamanı un istehsal edən müəssisələrin topdansatış qiymətlərində artım müşahidə edilməsə də, bəzi pərakəndə satış obyektlərində bir kisə 50 kq-lıq əla növ unun qiymətinin 2 manatadək bahalaşdığı müşahidə edilib.

Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti tərəfindən ticarət obyektlərində unun qiyməti ilə bağlı yoxlamalara başlanılıb. Yoxlamalar nəticəsində süni qiymət artımına yol verdiyi müəyyən edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

Qazaxıstanda son həftə ərzində unun qiyməti orta hesabla 25-40 faiz artıb. Un məmulatları istehsalçıları bunu quraqlıq nəticəsində yaranan buğdanın bahalaşması ilə izah edirlər.

Xəbər lenti

Xəbər lenti