...

Azərbaycanın lizinq şirkətinin imtiyazlı səhmlərinin emissiyası qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2010 18:54 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qafqaz Lizinq" ASC-nin 92 min manat həcmində imtiyazlı adlı sənədsiz səhmlərinin emissiyasını qeydiyyata alıb.
Azərbaycanın lizinq şirkətinin imtiyazlı səhmlərinin emissiyası qeydiyyata alınıb

Аzərbaycan, Bakı, 25 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Qafqaz Lizinq" ASC-nin 92 min manat həcmində imtiyazlı adlı sənədsiz səhmlərinin emissiyası qeydiyyata alınıb. Bu barədə Komitənin məlumatında deyilir.

Dövlət Komitəsi şirkətin hər birinin nominal dəyəri 1000 manat olan 92 səhmini qeydiyyata alıb.

Şirkətin səhmləri kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Hazırda şirkətin nizamnamə kapitalı 1,5 milyon manat təşkil edir.

"Qafqaz Lizinq" ASC 2007-ci il oktyabr ayında təsis edilib. Şirkətin 100 faizlik təsisçisi NAB şirkətlər qrupudur. Şirkətin xidmətləri avtomobil, tikinti, yeyinti və tekstil sənayesi, turizm sahəsi, kənd təsərrüfatı, neft-kimya və digər sahələri əhatə edir.

Xəbər lenti

Xəbər lenti